İDMAN


AZƏRBAYCANIN YENİYETMƏ GÜLƏŞÇİLƏRİ QİTƏ BİRİNCİLİYİNDƏ DAHA DÖRD MEDAL QAZANMIŞLAR

Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın növbəti günündə döşək üzərinə çıxan beş pəhləvanımızdan 4-ü daha uğurlu çıxış edərək iki qızıl və iki gümüş medal qazanmışlar.

Toğrul Əskərov (46 kq) və Aslan Cəbişov (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Digər güləşçilər Hacı Əliyev (54 kq) və İbrahim Yusubov (63 kq) isə ikinci yeri tutmuşlar.

Bununla da yeniyetmə sərbəst güləşçilərin mübarizəsinə yekun vurulmuşdur. İki gün davam edən gərgin qarşılaşmalarda Azərbaycan idmançıları 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmışlar.

Azərbaycanın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığması qitə birinciliyində komanda hesabında 2-ci yerə yüksəlmişdir.

Bu gün isə mübarizəni yunan-Roma güləşçiləri davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.