İDMAN


AZƏRBAYCAN İDMANÇILARI AVROPA BİRİNCİLİYİNDƏ QÜVVƏLƏRİNİ SINAYACAQLAR

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, iyulun 14-dən 20-dək Slovakiyada yunan-Roma, sərbəst və qadın güləşi üzrə gənclər arasında Avropa birinciliyi keçiriləcəkdir.

Baş məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi yığma komandanın heyətinə sərbəst güləşçilər Xanlar Şirəliey (50 kq), Yaşar Əliyev (55 kq), Etimad Qurbanov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Pərviz Məmmədov (74 kq), Roman Bəkirov (84 kq), Səbuhi Məmmədov (96 kq) və Murad Murtuzəliyev (120 kq) daxildirlər.

Məşqçi Ağalar Aslanov yunan-Roma güləşi üzrə komandaya Xurşud Babaşovu (50 kq), Həsən Əliyevi (55 kq), Kamran Məmmədovu (60 kq), Tural Hüseynovu (66 kq), Rafiq Hüseynovu (74 kq), Araz Həsənovu (84 kq) və Aydın Səfərovu (96 kq) cəlb etmişdir.

Baş məşqçi Nazim Əlicanovunun başçılığı ilə qadınların mübarizəsində ölkəmizi Mariya Stadnik (48 kq), Nadya Qradyuk (51 kq) və Sona Əhmədli (59 kq) təmsil edəcəklər.

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Qərib Əliyev də birinciliyə dəvət olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.