AZƏRBAYCAN GÜLƏŞÇİSİ MARİYA STADNİK İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU ADINI QAZANMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı
keçirilir.
Azərbaycan yığma komandasının ukraynalı legioneri Mariya Stadnik (48 kq) ardıcıl olaraq İsveç, Ukrayna, Polşa və Rusiyadan olan rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanmışdır.
Xatırladaq ki, Pekin Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan güləşçisi Mariya Stadnik (48 kq) Finlandiyada keçirilən Avropa çempionatında da qızıl medalı qazanmışdır.
Slovakiyaya yollanmış digər qadın idmançımız Nadiya Qradyuk (51 kq) isə yarışı 13-cü yerdə başa vurmuşdur.
Digər qadın güləşçimiz Sona Əhmədli (59 kq) isə yarışlara bu gün qatılacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var