İDMAN


MARİYA STADNİK AZƏRBAYCANA BEŞİNCİ OLİMPİYA MEDALI QAZANDIRMIŞDIR

AZƏRTAC xəbər verir ki, Pekin Olimpiadasının 8-ci günü, avqustun 16-da Azərbaycanın idman azarkeşləri növbəti medalı güləşçi Mariya Stadnikdən (48 kiloqram) gözləyirdilər və onların bu ümidi doğruldu. Sonda Olimpiya çempionu olmuş kanadalı Kerol Xinxə məğlub olan idmançımız sonrakı görüşlərdə dalbadal qələbə qazanaraq, bürünc medalın sahibi oldu.

Həmin gün digər idmançılarımız uğursuz çıxış etdilər. Güləşçi Yelena Komarova (55 kiloqram) ilk görüşdə, boksçu Samir Məmmədov (51 kiloqram) isə 1/8 finalda uduzdu.

Avqustun 17-də tanınmış ağır atletimiz Nizami Paşayev (94 kiloqram), güləşçi Olesiya Zamula (63 kiloqram) medal uğrunda, jokey Camal Rəhimov ikinci təsnifat yarışında mübarizəni davam etdirəcəklər. Xatırladaq ki, ilk yarışda C.Rəhimovun birinci çıxışı uğurlu olmuş, o, cəmi bir cərimə xalı almışdır.

Olimpiadada ümumi komanda hesabında Çin idmançıları liderliyi saxlayırlar. İkinci yeri amerikalılar tutur. Azərbaycan 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 20-ci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.