İQTİSADİYYAT


AVTOMOBİL YOLUNUN YENİDƏN QURULMASI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MÜSABİQƏ KEÇİRİLİR

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, H.Z.Tağıyev-Sahil qəsəbəsi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində müsabiqənin ilkin mərhələsi elan edilmişdir.

İlkin seçim mərhələsində iştirak etmək istəyənlər 150 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Müraciətlər sentyabrın 24-dək təqdim edilməlidir.

Qeyd edək ki, ikizolaqlı yolun ümumi uzunluğu 41,3 kilometrə bərabərdir. Yolun yenidən qurulması çərçivəsində körpülərin və boruların tikintisi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.