İQTİSADİYYAT
AĞDAŞIN DAHA 2 KƏNDİNİN ƏHALİSİ TƏBİİ QAZDAN İSTİFADƏ ETMƏYƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Ağdaş rayonunun daha iki kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur.
Rayonun Şəmsabad və Birinci Aral kəndlərinin əhalisi 16 illik fasilədən sonra yenidən təbii qazdan istifadəyə başlamışdır. Bu kəndlərin qazlaşdırılması üçün ümumilikdə 4,8 kilometr uzunluğunda qaz xətti çəkilmişdir. Artıq Şəmsabadda 220, Birinci Aralda isə 176 abonent təbii qazdan istifadə edir. 1992-ci ildən istifadəsiz qalmış qaz xətləri yerli bələdiyyələrin və kənd əhalisinin birgə fəaliyyəti nəticəsində bərpa edilmişdir.
Gələn həftə rayonun Aşağı Qəsil və Ərəb kəndlərinin abonentlərinə təbii qaz veriləcəkdir. Bu kəndlərin qazlaşdırılması üçün ümumilikdə 6,5 kilometr uzunluğunda qaz xətlərinin bərpası və 300-ə yaxın abonentə sayğacların quraşdırılması işi davam etdirilir.
Hazırda rayonun 19 kəndində əhali təbii qazdan istifadə edir. İlin sonunadək daha 5 kəndin qazlaşdırılması istiqamətində iş aparılır.