MƏDƏNİYYƏT


“EUROVİSİON-2009” MAHNI MÜSABİQƏSİNDƏ AZƏRBAYCAN TƏMSİLÇİSİNİN İFA EDƏCƏYİ MAHNI ARTIQ MƏLUMDUR

Bakı, 6 fevral (AZƏRTAC). Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə əslən Cənubi Azərbaycandan olan bəstəkar və müğənni Araşın “Always” (“Hər zaman”) mahnısını ifa edəcəkdir.

Xatırladaq ki, “Eurovision-2009” musiqi yarışmasında Azərbaycan təmsilçisinin ifa etməsi üçün 30-a yaxın bəstəkar İTV-yə mahnısını təqdim etmişdir.

A.Teymurzadənin ifa edəcəyi mahnı isə İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı musiqi akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan mədəniyyətinin dostları fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq musiqi şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan dövlət filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və turizm nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və idman nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət 7 nəfərlik münsiflər heyəti tərəfindən seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.