İDMAN


AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ İRANDA BEYNƏLXALQ TURNİRDƏ BİR QIZIL, İKİ BÜRÜNC MEDAL QAZANMIŞLAR

Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan idmançıları İranın Qum şəhərində yunan–Roma güləşi üzrə başa çatmış beynəlxalq turnirdən 3 medalla qayıdırlar.

Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, güləşçilərimiz arasında ən yüksək nəticəni bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmış Sakit Cəlilov (60 kq) göstərmişdir.

Qadir Süleymanov (55 kq) və Emin Əhmədov (66 kq) isə üçüncü yerləri tutmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.