İDMAN


AZƏRBAYCAN GÜLƏŞÇİSİ MARİYA STADNİK AVROPA ÇEMPİONATININ FİNALINA YÜKSƏLMİŞDİR

Bakı, 3 aprel (AZƏRTAC). Azərbaycanın qadın güləşi üzrə yığma komandasının üzvü Mariya Stadnik (48 kq) Vilnüsdə Avropa çempionatının finalına yüksəlmişdir.

M.Stadnik ardıcı olaraq, Liliya Kaşkarakova (Rusiya), Mariya Livaç (Ukrayna) və İvona Sadovskaya (Polşa) qalib gəlmişdir. Qızıl medal uğrunda idmançımızın rəqibi rumıniyalı Ester Dobre olacaqdır.

Bü gün döşək üzərinə çıxmış 4 qadın idmançımızdan daha biri - Dina İvanova (72 kq) medal qazanmaq şanslarını saxlamışdır. D.İvanova ilk görüşdə Belarus təmsilçisi Natalya Şinkarovaya qalib gəlsə də, növbəti qarşılaşmada rusiyalı Alyona Starodubtsevaya məğlub olmuşdur. Rusiya təmsilçisi finala çıxdığından D.İvanova bürünc medal uğrunda yarışmaq hüququ əldə etmişdir.

Xatırladaq ki, dünən keçirilmiş yarışda Zümrüd Qurbanhacıyeva (67 kq) gümüş medal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.