İDMAN
YUNAN-ROMA GÜLƏŞİ VƏ SƏRBƏST GÜLƏŞ ÜZRƏ “QIZIL QRAN-PRİ” TURNİRİ BAŞLANACAQDIR
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 15-də Daşkənddə “Qızıl Qran-pri” seriyasından yunan-Roma güləşi və sərbəst güləş üzrə növbəti turnir başlanacaqdır. Turnirdə Azərbaycanı 16 idmançı təmsil edəcəkdir. Yığmamızın əsas üzvləri bu yaxınlarda Avropa çempionatında çıxış etdikləri üçün Daşkənd turnirində gənc güləşçilər yarışacaqlar.
Yunan-Roma güləşi üzrə yarışlarda Qədir Süleymanov, Elçin Əliyev (hər ikisi 55 kiloqram), Sakit Cəlilov, Hacıxan Mustafayev (hər ikisi 60 kiloqram), Elşad Səfərov, Emin Əhmədov (66 kiloqram) və Elgiz Məmmədov (84 kiloqram) çıxış edəcəklər.
Sərbəst güləşçilərdən bu yarışlarda Ceyhun Əliyev (55 kiloqram), Xaybulla Şaalov (60 kiloqram), Emin Əzizov, Elmir Qəmbərov (hər ikisi 66 kiloqram), Elnur Aslanov, Elnur Əliyev (hər ikisi 74 kiloqram), Şərif Şərifov (84 kiloqram), Cəmaləddin Məhəmmədov (96 kiloqram) və Maksim Proxorov (120 kiloqram) iştirak edəcəklər.
“Qızıl Qran-pri” turniri aprelin 18-də başa çatacaqdır.