İQTİSADİYYAT
43 konteynerdən ibarət qatar Çin-Qazaxıstan sərhədindən Türkiyəyə 12 günə çatıb
Bakı, 6 iyul, AZƏRTAC
Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) 43 konteynerdən ibarət qatarı Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıb.
“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, müxtəlif təyinatlı yüklərin olduğu 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyası vasitəsilə Qazaxıstan ərazisinə daxil olub. Daha sonra operatoru “ADY Konteyner” olan “Beket-Ata” fidr gəmisi ilə Aktau limanından Bakı Limanına çatdırılıb, oradan Gürcüstanın Axalkalaki stansiyasına, daha sonra isə Türkiyənin İzmit şəhərinə yola salınıb.
Mürəkkəb epidemioloji şəraitə baxmayaraq, “Şərq-Qərb” marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar–epidemioloji normalara riayət olunmaqla fasiləsiz davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]