MƏDƏNİYYƏT
RUSİYANIN BAŞ NAZİRİ VLADİMİR PUTİN AZƏRBAYCAN TƏMSİLÇİLƏRİNİN MƏŞQİNİ İZLƏMİŞDİR
Bakı, 12 may (AZƏRTAC). Moskvada “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş sonuncu məşqlərini etmişlər.
Müsabiqəyə hazırlığın vəziyyəti ilə tanış olan Rusiyanın Baş naziri Vladimir Putin “Olimpiya mərkəzin”də Azərbaycan təmsilçilərinin məşq etdikləri zala daxil olaraq Aysel və Araşla görüşmüş, onlara uğurlar arzulamışdır.
Məşqdən sonra mətbuat konfransı keçirən Aysel və Araş Baş nazirlə görüşdən həyəcanlandıqlarını və Moskvada bir çox ölkələrin təmsilçiləri ilə dostluq əlaqələri yaratdıqlarını bildirmişlər.
Xatırladaq ki, mayın 12-də müsabiqənin I yarimfinalı, 16-da isə final mərhələsi keçiriləcəkdir. Azərbaycan təmsilçiləri mayın 14-də ikinci yarimfinalda çıxış edəcəklər. Cütlük səhnəyə 12 nömrə altında “Always” mahnısı ilə çıxacaqdır. 54-cü “Eurovision” müsabiqəsində bu il 42 ölkə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]