MƏDƏNİYYƏT


AZƏRBAYCAN DUETİ “EUROVİSİON-2009”UN FİNALINDA

Bakı, 15 may (AZƏRTAC). “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araş II yarımfinal yarışmasında parlaq “Alvvays” mahnısı ilə coşqun həvəskarlarını valeh edərək finala vəsiqə qazanmışlar.

2-ci yarımfinalda Azərbaycanla bir cərgədə 18 ölkə - Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Niderland təmsilçiləri də çıxış etmişlər. Beləliklə, “Eurovision-2009”un 25 finalçısı artıq müəyyənləşdirilmişdir. Onların sırasına keçənilki müsabiqədə qalib gəlmiş Rusiya və müsabiqənin təsisçisi olan ölkələr - İngiltərə, Fransa, Almaniya və İspaniya avtomatik qoşulmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.