SİYASƏT


HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA “EUROVİSİON-2009” MAHNI MÜSABİQƏSİNDƏ AZƏRBAYCANI TƏMSİL ETMİŞ AYSEL TEYMURZADƏ VƏ ARAŞ İLƏ GÖRÜŞMÜŞDÜR

Bakı, 20 may (AZƏRTAC). Mayın 20-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva müsabiqədə Azərbaycanı layiqincə təmsil etmiş ifaçılarımızla xatirə şəkli çəkdirmişdir.

Heydər Əliyev Fondunda Aysel Teymurzadəni və Araşı görməyə şad olduğunu deyən Mehriban xanım Əliyeva, “Eurovision-2009” mahnı müsabiqəsində qazandıqları böyük uğur münasibətilə onları ürəkdən təbrik etmişdir.

Aysellə Araşın qazandıqları uğuru xüsusi vurğulayan Mehriban xanım Əliyeva bildirmişdir ki, “Eurovision” Avropada musiqi sahəsində ən böyük müsabiqədir.

Ölkəmizdə bu musiqi yarışmasının həyəcanla izlənildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulamışdır ki, Aysel və Araş qitə miqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil etmişlər. Artıq Azərbaycan bu sahədə də nailiyyət əldə etmişdir.

“Eurovision-2009”da qələbə münasibətilə Azərbaycan təmsilçilərini bir daha təbrik edən Mehriban xanım Əliyeva demişdir ki, qarşıda onları yeni-yeni uğurlar gözləyir.

Aysel Teymurzadə və Araş yüksək diqqət, qayğı və dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Müğənni Araş yeni diskini Mehriban xanım Əliyevaya təqdim etmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.