İDMAN
“QIZIL QRAN-PRİ” BEYNƏLXALQ TURNİRİNİN FİNAL MƏRHƏLƏSİNDƏ ÖLKƏMİZİ 66 İDMANÇI TƏMSİL EDƏCƏKDİR
Bakı, 14 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Qızıl Qran-pri” beynəlxalq turnirinin iyulun 17-19-da Bakı İdman Sarayında keçiriləcək final mərhələsində Azərbaycanı təmsil edən yunan-Roma, qadın güləşi və sərbəst güləş üzrə yığmaların tərkibi məlum olmuşdur.
Respublika Güləş Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, yunan-Roma güləşçiləri sırasında Azərbaycanı 55 kq çəki dərəcəsində Rövşən Bayramov, Elçin Əliyev, Qədir Süleymanov, Taleh Məmmədov, 60 kq çəki dərcəsində Vitali Rəhimov, Sakit Cəlilov, Fuad Əliyev, Həsən Əliyev, Natiq Bağırov, Cavid Abdullayev (ehtiyat güləşçi), 66 kq çəki dərəcəsində Fərid Mansurov, Emin Əhmədov, Elşən Səfərov, Rüstəm Əliyev, Tural Hüseynov (ehtiyat güləşçi), 74 kq çəki dərəcəsində Elvin Mürsəliyev, Rüfət Hüseynov, Niyaməddin İbrahimov (ehtiyat güləşçi), 84 kq çəki dərəcəsində Şalva Qadabadze, Elgiz Məmmədov, Şəhriyar Məmmədov (ehtiyat güləşçi), Roman Katamadze (ehtiyat güləşçi), 96 kq çəki dərəcəsində Denis Mişin, Ninna Serqo, Səbuhi Hümbətov (ehtiyat güləşçi) təmsil edəcəklər.
İyulun 18-də keçiriləcək qadınların yarışında medallar uğrunda Mariya Stadnik (48 kq), Yelena Komarova, Yuliya Radkeviç, Nadya Qradnyuk (55 kq), Sona Əhmədli, Elvira Mürsəlova (59 kq), Olesya Zamula, Gözəl Zutova (63 kq), Zümrüd Qurbanhacıyeva, Mariya Kaçina (67 kq), Dina İvanova (72 kq) mübarizə aparacaqlar.
Turnirin sonunda sərbəst güləşçilər yarışacaqlar. Bu növdə Azərbaycan yığmasını 55 kq çəki dərəcəsində Namiq Sevdimov, Ceyhun Əliyev, Abil İbrahimov, Arif Zamanov və Mahmud Maqomedov (hər ikisi ehtiyat güləşçi), 60 kq çəki dərəcəsində Zəlimxan Hüseynov, Etimad Qurbanov, Xaybulla Şaalov, Cəlal Süleymanov, Ramin Ələkbərov və Rövşən İsmayılov (ehtiyat güləşçilər), 66 kiloqram çəki dərəcəsində Cəbrayıl Həsənov, Xaqan Süleymanov, İman Mirzəyev, Ruslan Dibirqayev, Emin Əzizov, Elmir Qəmbərov və David Suynuxyanov (ehtiyat güləşçilər), 74 çəki dərəcəsində Çamsulvara Çamsulvarayev, Elnur Əliyev, Aqil Quliyev, Əşrəf Əliyev, 84 kq çəki dərəcəsində Novruz Temrezov, Şərif Şərifov, Hacı Əlixanov, İlham Abidov (ehtiyat güləşçi), 96 kq çəki dərəcəsində Xetaq Qazyumov, Toxtar Temrezov, 120 kq çəki dərəcəsində Əli İsayev, Maksim Proxorov təmsil edəcəklər.