İDMAN


AZƏRBAYCANIN QADIN GÜLƏŞÇİLƏRİ “QIZIL QRAN-PRİ” TURNİRİNDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR

Bakı, 18 iyul (AZƏRTAC). Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsində qadın güləşçilərin mübarizəsi başa çatmışdır. Azərbaycan idmançıları bu yarışda 5 medal qazanmışlar.

Yığma komandamıza qızıl medalı Zümrüd Qurbanhacıyeva (67 kq) qazandırmışdır.

Digər qarşılaşmalarda isə Azərbaycan komandasının üzvlərindən Yuliya Radkeviç (55 kq) gümüş, Mariya Stadnik (48 kq), Sona Əhmədli ( 55 kq) və Elvira Mürsəlova (59 kq) isə bürünc medallara layiq görülmüşlər.

Qadınların mübarizəsində Azərbaycan 11 idmançı ilə təmsil olunmuşdu. Onlar 72 kiloqram çəki dərəcəsindən başqa, bütün çəkilərdə ölkəmizin idman şərəfini layiqincə qorumuşlar.

Qadın güləşi üzrə yarışlarda Azərbaycan da daxil olmaqla, 18 ölkənin 71 idmançısı iştirak etmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.