ELM VƏ TƏHSİL


“44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub

Bakı, 19 may, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Esmira Fuadın tərtib etdiyi “44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Səadət Şıxıyeva və Əkbər Elyardır. Nəşrin “II Qarabağ savaşının güney ədəbiyyatına yansıması” başlıqlı “Ön söz”ünün müəllifi Esmira Fuaddır.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş topluda iyirmi yeddi şair haqqında qısa bioqrafik məlumat və onların Vətən müharibəsinə ithaf olunmuş şeirləri toplanıb.

Antologiyada Kərim Güləndam, Həmid Əhmədzadə Telmixan, Cabir Lütfi, Nadir Paşa, Kövrək Hüseyn, Səhər Xiyavi, Hayde Bulukı Özləm, Fəridə Süleymani Aytəkin, Çiçək Ağbulud və digərlərinin poeziya örnəkləri ilə yanaşı, Rəsul Qədirinin “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” poemaları da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.