SİYASƏT


“44 günlük Vətən müharibəsində Azərbaycan mediası” mövzusunda konfrans keçirilib

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsində Azərbaycan mediası” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli açaraq Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazanaraq, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad edib: “Vətən müharibəsində xalqımız həmrəylik nümayiş etdirərək bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. Televiziyaların, elektron media orqanlarının nümayəndələrinin fədakarlığı sayəsində birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımlandı, xalqımızın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırıldı”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları çıxış edərək Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı haqqında məlumat veriblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda media qurumları təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.