CƏMİYYƏT
“44 günlük Vətən müharibəsi” kitabı rus dilində çapdan çıxıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanan"44 günlük Vətən müharibəsi" kitabı rus dilində çapdan çıxıb. Kitabın müəllifi həmin universitetin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
AZƏRTAC xəbər verir ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi prosesindən tarixi-xronoloji ardıcıllıqla bəhs edilir.
Kitabda mətbuatda dərc olunan informasiyalar, ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər və mütəxəssislərin təhlilləri əsasında Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilir.
“44 günük Vətən müharibəsi” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.