ÇAMSULVARA ÇAMSULVARAYEV VƏ MARİYA STADNİK DÜNYA ÇEMPİONATININ YARIMFİNALINDA
AzerTAg.az
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycan güləşçiləri Çamsulvara Çamsulvarayev (74 kq) və Mariya Stadnik (48 kq) Danimarkada keçirilən dünya çempionatında qələbələr silsiləsini davam etdirirlər.
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Çamsulvara Çamsulvarayev (74 kq) ilk görüşündə slovakiyalı Yakob Kaçenak, daha sonra isə Yunanıstan təmsilçisi Apostolos Taskudisi və Moldova güləşçisi Aleksandr Burçanı məğlub edərək yarımfinala çıxmışdır. Yarımfinlada Ç.Çamsulvarayevin rəqibi hindistanlı Rameş Kumar olacaqdır.
Qadın güləşçilərimiz də çempionata uğurla başlamışlar. Mariya Stadnik (48 kq) ardıcıl olaraq, Tatyana Xurnoviç (Belarus), Sara Sançez (İspaniya) və Lyudmila Baluşkaya (Ukrayna) qalib gələrək yarımfinala yüksəlmişdir. Finala çıxmaq uğrunda güləşçimiz Böyük Britaniya idmançısı Yana Stadniklə qarşılaşacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var