İDMAN


RESPUBLİKA TURNİRİNDƏ SƏRBƏST GÜLƏŞÇİLƏR ARASINDA QALİBLƏR MÜƏYYƏNLƏŞMİŞDİR

Bakı, 11 oktyabr (AZƏRTAC). ABU-Arena Idman kompleksində Milli Qəhrəman və əməkdar məşqçi Əliyar Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında 11-ci respublika turniri başa çatmışdır.

Güləş Federasiyasından verilən məlumata görə, turnirin ikinci günündə xalça üzərində 112 sərbəst güləşçi mübarizə aparmışdır. Fəxri kürsünün ən yüksək pilləsinə Emil Qasımov (50 kq), Toğrul Əsgərov (55 kq), Hacı Əliyev (60 kq), David Suynyuçxanov (66 kq), İbrahim Yusubov (74 kq), Turqay Məmmədov (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Cəbişov (120 kq) qalxmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.