İDMAN


SƏRBƏST VƏ QADIN GÜLƏŞÇİLƏR BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKDİR

Bakı, 18 fevral (AZƏRTAC). Fevralın 19-da Kiyevdə sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir başlanacaqdır. Dünya Kuboku yarışlarına və Avropa çempionatına hazırlıq məqsədi ilə Azərbaycanın hər iki yığması bu yarışda iştirak edəcəkdir.

Azərbaycan Güləş Federasiyasından (AGF) bildirmişlər ki, sərbəst güləş üzrə yığmamızı turnirdə Ceyhun Əliyev (55 kq), Xaybulla Şaalov, Hacı Əliyev (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xəqan Süleymanov (hər ikisi 66 kq), Əşrəf Əliyev, Aqil Quliyev (hər ikisi 74 kq) və Əli İsayev (120 kq) təmsil edəcəklər. Komandamız turnirə məşqçilər Aslan Ağayev və Siracuddin Eldarovun rəhbərliyi ilə yola düşəcədir.

Qadın güləşi üzrə yığmamız isə Nadya Qradyuk (55 kq), Sona Əhmədli, Yuliya Radkeviç (hər ikisi 59 kq), Katerina Dombrovskaya, Olesya Zamula (hər ikisi 63 kq), Zümrüd Qurbanhacıyeva, Nadejda Sementsova (hər ikisi 67 kq) və Dina İvanova (72 kq) ilə turnirdə iştirak edəcəkdir. Komandamız turnirə böyük məşqçi Gurban Gurbanovun rəhbərliyi altında yola düşəcəkdir.

AGF-nin Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və Fərəqət Cəlalov turnirdə hakim qismində ölkəmizi təmsil edəcəklər.

Turnir fevralın 21-də yekunlaşacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.