İDMAN


AZƏRBAYCANI BEYNƏLXALQ TURNİRDƏ 14 GÜLƏŞÇİ TƏMSİL EDƏCƏKDİR

Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 27-28-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək Dana Kolov və Nikolay Petrovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək yığmanın tərkibi dəyişdirilmişdir. Sərbəst güləşçilər gənclərin yarışmasında, yunan-Roma güləşçiləri isə yaşlı idmançılar arasında mübarizə aparacaqlar.

Yunan-Roma yarışlarında Taleh Məmmədov (55 kq), Emin Əhmədov, Rüstəm Əliyev (hər ikisi 66 kq) və Elvin Mürsəliyev (74 kq), sərbəst güləşçilərin yarışında isə Azər Paşayev (55 kq), Ağali Ramazanov, Azad İsmayılov (hər ikisi 60 kq), David Suynuçxanov, Raqif Məmmədov (hər ikisi 66 kq), İbrahim Yusubov (74 kq), Turqay Məmmədov, Roman Bəkirov (hər ikisi-84 kq), Aslanbəy Alborov (96 kq) və Mixail Qazzayev (120 kq) iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.