İDMAN


BU GÜN BAKIDA GÜLƏŞ ÜZRƏ AVROPA ÇEMPİONATI START GÖTÜRƏCƏKDİR

Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Bakıda Heydər Əliyev adına İdman-konsert Kompleksində güləş üzrə Avropa çempionatına start veriləcəkdir.

Çempionatda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı iştirak edəcəkdir.

Yarışın ilk günü sərbəst güləşçilər qüvvəsini sınayacaqlar.

Bu növdə Azərbaycanı Mahmud Maqomedov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Əli İsayev (120 kq) təmsil edəcəklər.

Yığmamızın üzvləri - M.Maqomedov ilk görüşünü Marsel Evala (Almaniya), C.Həsənov Svit Ceymis Robertə (İngiltərə), Ş.Şərifov Bejan Boqdanova (Makedoniya) və Ə.İsayev isə Aleksey Şemaronova (Belarus) qarşı keçirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.