İDMAN


6 MEDAL QAZANAN AZƏRBAYCAN YIĞMASI KOMANDA HESABINDA İKİNCİ OLMUŞDUR

Bakı, 24 may (AZƏRTAC). Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandası Belarusiyanın Qrodno şəhərində “Belarusiya Güləş Federasiyasının Kuboku” uğrunda beynəlxalq turnirdə iştirak etmişdir. Məşqçilər Vüqar Aslanov və Nurəddin Rəcəbovun başçılığı altında turnirdə ölkəmizi 7 idmancı təmsil etmişdir.

Ümumilikdə, 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz komanda hesabında ikinci yeri tutmuşlar. Birinci yeri Belarusiya, üçüncü yeri isə Fransa güləşçiləri qazanmışlar.

Qızıl medala Orxan Əhmədov (55 kq), gümüş medallara müvafiq olaraq Qadir Süleymanov (60 kq), Vitali Rəhimov (66 kq), Emin Əhmədov (74 kq) və Luka Bodzaşvili (96 kq), bürünc medala isə 96 kq çəkidə Səbuhi Hümbətov yiyələnmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.