İDMAN


GÜLƏŞ ÜZRƏ “QIZIL QRAN PRİ” BEYNƏLXALQ TURNİRİNİN FİNAL MƏRHƏLƏSİNDƏ İŞTİRAK EDƏCƏK HEYƏT AÇIQLANMIŞDIR

Bakı, 15 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində iştirak edəcək Azərbaycan yığma komandaların heyəti bəlli olmuşdur.

Ölkəmizin idman şərəfini sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində Namiq Sevdimov, Elçin Həsənov, Azər Paşayev, Yaşar Əliyev, 60 kq-da Ağahüseyn Mustafayev, Xaybulla Şaalov, Cəlal Süleymanov, Hacı Əliyev, 66 kq-da Cəbrayıl Həsənov, Ruslan Dibirqadjiyev, Emin Əzizov, Zəlimxan Hüseynov, 74 kq-da Çamsulvara Çamsulvarayev, Əşrəf Əliyev, Aqil Quliyev, 84 kq-da Şərif Şərifov, Novruz Temrezov, Hacı Əlicanov, 96 kq-da Cəmaləddin Məhəmmədov, Xetaq Qazyumov, Mehman İmanquliyev, 120 kq-da isə Əli İsayev, Toxtar Temrezov və Maksim Proxorov qoruyacaqlar.

Yunan-Roma güləşçiləri arasında medal uğrunda mübarizəyə 55 kq-da Rövşən Bayramov, Elçin Əliyev, Orxan Əhmədov, Rəşid Bünyatov, 60 kq-da Həsən Əliyev, Qadir Süleymanov, Fuad Əliyev, 66 kq-da Vitali Rəhimov, Rüstəm Əliyev, Emin Əhmədov, 74 kq-da Elvin Mürsəliyev, Rafiq Hüseynov, Samuray Mustafayev, 84 kq-da Şalva Qadabadze, Elməddin Abdullayev, Samir Alışov, 96 kq-da Səbuhi Hümbətov, Eldar Atakişiyev, 120 kq çəki dərəcəsində isə Aydın Səfərov qoşulacaqdır.

Qadın güləşi üzrə isə millimizin heyətində Regina Yarova (48 kq), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (59 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” Beynəlxalq Turnirinin Final mərhələsi iyulun 16-dan 18-dək Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.