CƏMİYYƏT


49 nömrəli tam orta məktəbin komandası Nə? Harada? Nə zaman? adlı intellektual oyunun qalibi olub

Bakı, 18 may, AZƏRTAC

Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? adlı intellektual oyun keçirilib.

AZƏRTAC Xəzər Rayon Gənclər və İdman İdarəsinin saytına istinadla xəbər verir ki, Xəzər Gənclər Evində keçirilən oyunda rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıb.

Oyunda 49 nömrəli tam orta məktəbin komandası birinci olub. 124 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 183 nömrəli tam orta məktəbin şagirdləri üçüncü pillədə başa vurublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.