DÜNYA


“4G” şəbəkəsini dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub

Bakı, 12 yanvar, AZƏRTAC

"Coolpad" şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk "ağıllı" uşaq saatını təqdim edib.

AZƏRTAC "ıxbt" resursuna istinadən bildirir ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq "Dyno Smartwatch" adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir.

Məlumata görə, "Snapdragon Wear 2100" birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus "IP65" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Üstəlik, saatın kəmərini dəyişmək mümkündür.

Saatın imkanlarına gəldikdə, onlar bu növ qurğular üçün tipikdir. Valideynlər xüsusi mobil proqram vasitəsilə uşağın olduğu yeri müəyyənləşdirə, etibarlı zonalar qura, saata zəng və s. edə bilərlər. Uşaqlar isə əvvəlcədən hazırlanmış mətnlər və ya səsli məlumatlar şəklində bildirişlər göndərmək, eləcə də valideynlər tərəfindən saxlanılan nömrələrə zəng etmək imkanından yararlanacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.