MƏDƏNİYYƏT


4 saylı "ASAN xidmət" mərkəzində Şuşa musiqiçilərinin rənglənmiş fotoları nümayiş olunub

Bakı, 12 may, AZƏRTAC

4 Saylı Bakı "ASAN xidmət" mərkəzinin təşkilatçılığı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən mərkəz daxilində fotosərgi təşkil olunub. Sərgi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və UYD İctimai Birliyinin "Rənglənmiş tarix" layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğidir.

AZƏRTAC xəbər verir ki, sərgidə Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərova məxsus ağ-qara fotolar sərgi iştirakçılarına rəqəmsal üsullar ilə rənglənmiş üslubda təqdim edilib.

Sərgidə nümayiş etdirilən fotolar 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edən vətəndaşlar, mərkəzin əməkdaşları və könüllüləri tərəfindən maraqla qarşılanıb. Sərgi iştirakçıları rənglənmiş fotolara aid məlumat lövhələrində fotosu rənglənmiş şəxsiyyətlər haqqında məlumat əldə ediblər, həmçinin rənglənmiş fotoların orijinal olan ağ-qara versiyası ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Bakı, Gəncə, Lənkəran şəhərlərində Şəki, Şamaxı rayonlarında Şuşa musiqiçilərinin fotosərgisi keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.