CƏMİYYƏT


4 yaşlı xəstənin ürəyində aorta koartasiyasının darlığı aradan qaldırılıb

Bakı, 4 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 4 yaşlı qızın ürəyinə invaziv müdaxilə olunub. Klinikanın həkimləri qızın ürəyində ağır dərəcəli aorta koartasiyasını aradan qaldırıblar.

Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

ATU-nun Tədris Terapevtik Klinikasının kardioloqu Elnur İmanovun sözlərinə görə, exokardioqrafik müayinə zamanı balaca xəstənin ürəyində ağır dərəcəli aorta koartasiyası, sol ürək boşluğunun qalınlaşması aşkarlanıb: “Bu, anadangəlmə ürək qüsurudur. Bu zaman aorta müəyyən səviyyədə daralmış olur. Darlıq xüsusilə aortadan baş və qollara gedən damarlar çıxdıqdan sonra yaranır. Belə olarkən ürəkdən vücuda göndərilən qan axını daha dar yerdən keçmək məcburiyyətində qalır. Bu qüsur yalnız cərrahi əməliyyat yolu ilə aradan qaldırılır. Odur ki, həmin xəstənin də əməliyyat olunmasına qərarı verilib. Əməliyyat zamanı xəstənin aorta koartasiyası nahiyəsinə ballon dilatasiyası müdaxiləsi olunub və darlıq aradan qaldırılıb”.

E.İmanov bildirir ki, əməliyyat uğurla keçib və hazırda xəstənin vəziyyəti stabildir. Bu gün körpə evə yazılacaq.

Qeyd edək ki, aorta koartasiyası bütün anadangəlmə ürək qüsurlarının 6-12 faizini təşkil edir. Hər 1200-1300 diri doğulan körpədən birində koartasiyaya rast gəlinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.