İDMAN


“Hünər meydanı” respublika turnirində yunan-Roma güləşçilərinin yarışına yekun vurulmuşdur

Bakı, 13 noyabr (AZƏRTAC). “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında “Hünər meydanı” respublika turnirində yunan-Roma güləşi yarışları başa çatmışdır.

AZƏRTAC xəbər verir ki, yarışda 84, 96 və 120 kq çəki dərəcələrində 30 yunan-Roma güləşçisi mübarizə aparmışdır.

Sultan İsmayılov (84 kq), Röyal Mirzəyev (96 kq) və Zaur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yunan-Roma güləşi yarışlarında komanda hesabında 1 saylı nümayəndəlik birinci, 2 saylı nümayəndəlik ikinci, 3 saylı nümayəndəlik isə üçüncü yeri tutmuşdur.

Sərbəst güləşçilərin mübarizəsində isə 50, 55 və 60 kq çəki dərəcələrində idmançılar yarışmışlar.

127 pəhləvanın mübarizəsində Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq) və Hacı Əliyev (60 kq) birinci olmuşlar.

Turnirdə ilk üç yeri tutan idmançılar yığma komandaların heyətinə cəlb edilmiş və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.