İDMAN
Sərbəst və qadın güləşçilərimiz “Yaşar Doğu” beynəlxalq turnirində mübarizə aparacaqlar
Bakı, 9 fevral (AZƏRTAC). Fevralın 11-13-də İstanbulda “Yaşar Doğu” beynəlxalq güləş turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, 39-cu dəfə keçirilən turnirdə Azərbaycanın böyüklərdən ibarət sərbəst və qadın güləşi üzrə yığma komandaları da iştirak edəcəklər.
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Mahmud Məhəmmədov, Toğrul Əsgərov (hər ikisi 60 kq), Zəlimxan Hüseynov (66 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Əli İsayev (120 kq) təmsil edəcəklər. Yığmamız turnirdə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi Aslan Ağayevin rəhbərliyi altında iştirak edəcəkdir.
Qadın güləşi üzrə yığmamızın heyətində Mariya Stadnik, Marziget Baqomedova (hər ikisi 48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Yuliya Ratkeviç, Yarina Dubrovska (hər ikisi 55 kq), Olesya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Nadya Sementsova, Natalya Palamarçuk (hər ikisi 72 kq) yer almışlar. Millimizə turnirdə böyük məşqçi Kurban Kurbanov başçılıq edəcəkdir.
Beynəlxalq dərəcəli hakim Zakir Məmmədov isə görüşlərin idarə edilməsində iştirak edəcəkdir.