İDMAN
Sərbəst güləşçilər beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 25-27-də Bolqarıstanın Burqas şəhərində güləş üzrə 49-cu “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcəkdir. Böyük məşqçi Arif Abdullayev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirə 14 pəhləvanımız yollanacaqdır.
Heyətdə Nicat Muradov, Yaşar Əliyev, Namiq Sövdümzadə (hər üçü - 55 kq), Hacı Əliyev, Xaybulla Şaalov (hər ikisi - 60 kq), Cəbrayıl Həsənov (66 kq), İbrahim Yusubov, Elcan Usubzadə, Emin Əzizov, Aqil Quliyev (hamısı - 74 kq), İlya Xamikoyev, Hacı Əlicanov (hər ikisi - 84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebisov (120 kq) yer almışlar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, görüşlərin idarə edilməsində Vüqar Şükürov hakim kimi iştirak edəcək.
Proqrama əsasən, fevralın 25-də 55 və 66 kq, 26-da 74 və 96 kq, 27-də isə 60, 84 və 120 kq çəki dərəcələrində pəhləvanlar qüvvəsini sınayacaqlar.