QAN YADDAŞI


Brüsseldə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilmişdir

Bakı, 23 fevral (AZƏRTAC). Brüsseldə Azərbaycan-Belçika Koordinasiyası Mərkəzi,Dünya Azərbaycanlıları Birliyi, Azərbaycan-Hollandiya Mədəniyyət Assosiasiyası və bir sıra qurumların təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində etiraz aksiyası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Brüsselin “Square de Meeus” mərkəzi meydanından başlayan mitinq “Schuman” meydanında davam etmişdir. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutmuş mitinq iştirakçıları Azərbaycan, türk, ingilis və fransız dillərində şüarlar səsləndirmişlər. Onlar beynəlxalq təşkilatları insanlığa yönəlmiş bəşəri cinayətə - Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırmışlar.

Aksiya iştirakçılarına XX əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsini əks etdirən fotolar, kitab və bukletlər paylanılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.