İDMAN


Azərbaycanın ağır atletika üzrə yığmasının yekun heyəti müəyyənləşdirilmişdir

Bakı, 5 aprel (AZƏRTAC). Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın ağır atletika üzrə yığma komandasının yekun heyəti müəyyənləşdirilmişdir.

AZƏRTAC xəbər verir ki, sayca 90-cı qitə çempionatında kişilər arasında yarışlarda Azərbaycanı Elmar Alıyev, Valentin Xristov (hər ikisi 56 kq), Sərdar Həsənov (69 kq) və Namiq Cəmilov (85 kq) təmsil edəcəklər.

Qadınlar arasında 24-cü Avropa çempionatında isə Azərbaycan idmançıları Silviya Angelova (48 kq), Səbinə Rzayeva (69 kq), Rumyana Petkova (75 kq) və Yuliya Dovqal (75 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Kazanda keçirilən yarışlarda Azərbaycan yığmasına milli komandanın baş məşqçisi Yanko Rusev və onun köməkçisi İvan Xristov rəhbərlik edəcəklər.

Avropa çempionatı aprelin 8-dən 17-dək keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.