İDMAN
Azərbaycan təmsilçisi ağır atletika üzrə Avropa çempionatında ilk rekordu müəyyənləşdirmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Kazanda ağır atletika üzrə Avropa çempionatı başlanmışdır. Kişilər 8, qadınlar isə 7 çəki dərəcəsində yarışırlar. 200 idmançı 45 dəst medal uğrunda mübarizə aparır.
Kişilər arasında ən nüfuzlu 105 kiloqramdan çox çəki dərəcəsində 18 ağırlıqqaldıran yarışacaqdır. Qadınlar arasında isə 58 və 69 kiloqram çəki dərəcələrində yarışa 14 idmançı qatılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Valentin Xristov (56 kiloqrama qədər çəki dərəcəsi) təkanla 147 kiloqram qaldırmış və hərəkətlərin cəmində 262 kiloqram nəticə ilə 18 yaşa qədər idmançıların göstəricisini yaxşılaşdırmışdır. Valentin Xristov B qrupu yarışlarında Fransisko Quiradonu (İspaniya – 244 kq (110+134) və Maçey Prjeniorjeviçi (Polşa – 240 kq (105+135) qabaqlayaraq birinci yeri tutmuşdur.