İDMAN


Ağırlıqqaldıran Valentin Xristov yarışlarda iştirak etməkdən məhrum olunmuşdur

Bakı, 12 aprel (AZƏRTAC). Ağırlıqqaldıran Valentin Xristov Azərbaycan komandası heyətində çıxış etmək hüququ olmadığına görə Kazanda keçirilən Avropa çempionatında yarışlardan kənarlaşdırılmışdır.

AZƏRTAC xəbər verir ki, B qrupunda mübarizə aparan Valentin Xristov aprelin 11-də iki hərəkətin cəmində 262 kiloqram nəticə ilə gənclər arasında Avropa rekordu müəyyənləşdirmişdir. Bu göstərici ilə Xristov çempionatın qızıl medalını qazanmalı idi. Çünki, A qrupunda ağırlıqqaldıranların 56 kiloqrama qədər çəki dərəcəsində 262 kiloqram nəticə göstərmiş, lakin V.Xristovdan ağır olan moldovalı Oleq Sirqi qızıl medala layiq görülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.