İDMAN


Sərbəst güləşçilərimiz Əli Əliyevin xatirə turnirinə yollanır

Bakı, 18 may (AZƏRTAC). Mayın 20-dən 22-dək Mahaçqalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə Azərbaycanın sərbəst güləş yığması da mübarizə aparacaqdır.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, yığma komandanın baş məşqçisi Saypulla Absaidov və gənclərdən ibarət komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə Yaşar Əliyev, Nicat Muradov, Qalib Əliyev (hər üçü - 55 kq), Hacı Əliyev, Xaybulla Şaalov, Ağahüseyn Mustafayev, Azad İsmayılov (hamısı - 60 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov, Hacı Əlicanov, Sübhan İsmayılov (hər üçü 84 kq), Əli İsayev, Valera Rodriqes (hər ikisi - 120 kq) iştirak edəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beş beynəlxalq dərəcəli hakim – Elman İsmayılov, Vaqif Zeynallı, İntiqam Alıyev, Asif Şirəliyev və Xanmirzə Məlikəliyev təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.