İDMAN


Qadın güləşçilərimiz Avstriyada qüvvələrini sınayacaqlar

Bakı, 2 iyun (AZƏRTAC). İyunun 3-4-də Avstriyada qadın güləşi üzrə 13-cü beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə iştirak edəcək qadın güləşi üzrə Azərbaycan yığma komandası artıq bu ölkəyə yola düşmüşdür.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yığma komandanın baş məşqçisi Rövşən Umudov və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında 6 idmançı turnirdə ölkəmizi təmsil edəcəkdir.

Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (51 kq), Olesya Zamula, Anna Belyayeva (hər ikisi 63 kq), Nadya Sementsova və Nataliya Palamarçuk (hər ikisi 72 kq) yer alıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.