İDMAN


Qadın güləşçilərimiz Avstriyada ən güclü oldular

Bakı, 6 iyun (AZƏRTAC). Avstriyada qadın güləşi üzrə 13-cü beynəlxalq turnir keçirilmişdir. Turnirdə iştirak edən qadın güləşi üzrə Azərbaycan yığma komandası 2 qızıl və 2 bürünc medal qazanmaqla, komanda hesabında birinci olmuşdur.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yığma komandanın baş məşqçisi Rövşən Umudov və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında turnirdə ölkəmizi 6 idmançı təmsil etmişdir.

Onlardan 48 kq çəkidə mübarizə aparan Mariya Stadnik bütün rəqiblərindən üstün olmuşdur. Finalda polşalı Julita Omilusik üzərində də qalib gəlməklə turnirin baş mükafatına layiq görülmüşdür. 51 kq çəki dərəcəsində Anjela Doroqan da bütün rəqiblərini məğlub etmişdir. Britaniya təmsilçisi Anastasia Buriatynska ilə final görüşündən də qalib ayrılan Doroqan qızıl medala sahib olmuşdur. 63 kq çəkidə Anna Belyayeva bürünc medal qazanmışdır. Təmsilçimiz medal görüşündə fransız Julie Guillaumedən üstün olmuşdur.

Digər güləşçilərimizdən 72 kq-da çıxış edən Nadya Sementsova və Natalya Palamarçuk yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşə çıxmışlar. Finlandiya güləşçisi Johanna Konivuori üzərində qələbə qazanan Nadya Sementsova bürünc medala sahib olmuşdur. Natalya Palamarçuk isə, kanadalı Erica Wiebke ilə görüşdən məğlub ayrılmış və turniri 5-ci tamamlamışdır.

Yekunda 2 qızıl və 2 bürünc medal qazanan yığmamız turniri komanda hesabında ilk sırada başa vurmuşdur.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.