İDMAN


Yunan-Roma güləşçilərimiz “Qazaxıstan Respublikası Prezidentinin Kuboku” uğrunda mübarizə aparacaqlar

Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycanın böyüklərdən ibarət yığma komandası iyunun 18-19-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək yunan-Roma güləşi üzrə “Qazaxıstan Respublikası Prezidentinin Kuboku” uğrunda 2-ci beynəlxalq turnirdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə baş məşqçi Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirdə 9 pəhləvan ölkəmizi təmsil edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Rövşən Bayramov, Orxan Paşayev (hər ikisi - 60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov (74 kq), Murtuza Tağıyev, Şəhriyar Məmmədov (hər ikisi - 84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) yer almışlar.

Turnir zamanı görüşlərin idarə edilməsində Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.