İDMAN


Azərbaycanın gənc güləşçiləri Avropa çempionatında mübarizəyə başlayırlar

Bakı, 20 iyun (AZƏRTAC). İyunun 21-26-da Bosniya-Herseqovinanın Zrenyanın şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcəkdir. Çempionatın proqramına əsasən, ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandamız böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında çempionatda iştirak edəcəkdir.

Ölkəmizi Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) təmsil edəcəklər.

Sərbəst güləşçilər 21-22 iyunda mübarizə aparacaqlar.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında qızlardan ibarət yığma komandamız 23-24 iyunda qüvvələrini sınayacaqlar. Heyətdə Marziget Baqomedova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Fərəh Rəsulova (59 kq), Şəms Əhmədova (67 kq) və Aytən Əliyeva (72 kq) yer almışlar.

Yunan-Roma güləşçiləri çempionatın son iki günündə xalça üzərinə çıxacaqlar. Böyük məşqçilər İlqar Abdulov və Ağalar Aslanovun rəhbərliyi altında Vilayət Qəhrəmanlı (50 kq), Eldəniz Əzizli (55 kq), Rövşən Tağıyev (60 kq), Rəsul Çunayev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Kamran Hüseynov (96 kq) və Zaur Mehrəliyev (120 kq) çempionatda Azərbaycanı təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.