İDMAN


“Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində mübarizə aparacaq qadın yığma komandamızın heyəti açıqlanmışdır

Bakı, 5 iyul (AZƏRTAC). İyulun 8-dən 10-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 18.00-da başlayacaq. Turnirdə 34 ölkədən 400-ə qədər idmançı qüvvələrini sınayacaq.

Azərbaycan baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında qadın güləşi yığmasının "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində aşağıdakı heyətlə iştirakı gözlənilir: Mariya Stadnik (48 kq), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq, Olesya Zamula (59 kq), Gözəl Zutova (63 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova (72 kq), Natalya Palamarçuk (72 kq), Zümrüd Qurbanqadjiyeva (72 kq) və Dina İvanova (72 kq).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.