İDMAN


“Qızıl Qran-pri” turnirinin final mərhələsində Azərbaycanın qadın güləşçiləri 7 medal qazanmışlar

Bakı, 9 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” Beynəlxalq turnirinin final mərhələsinin ikinci günündə qadın güləşçilərin mübarizəsi başa çatmışdır.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən turnirdə Azərbaycanın 2 qadın güləşçisi -Mariya Stadnik (48 kq) və Sona Əhmədli (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Gözəl Zutova (63 kq) gümüş, Yuliya Radkeviç (55 kq), Olesiya Zamula (59 kq), Nataliya Palamarçuk və Zümrüd Qurbanhacıyeva isə (hər ikisi 67 kq) bürünc medalların sahibi olmuşlar.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.