İDMAN


Azərbaycanın qadın güləşçiləri Beynəlxalq “Qran-pri” turnirində uğurla çıxış etmişlər

Bakı, 10 fevral (AZƏRTAC). Fransanın paytaxtı Parisdə güləş üzrə Beynəlxalq “Qran-pri” turniri keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil etmişdir.

Turnirdə baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında üç güləşçimiz qüvvəsini sınamışdır. Komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanmışlar.

Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparmış Mariya Stadnik yenə öz liderliyini təsdiqləmişdir. Analıq məzuniyyətindən sonra ilk yarışına çıxan təmsilçimiz turnirin qızıl medalını qazanmışdır. O, ardıcıl olaraq ABŞ, İsveç, Fransa və Kanada güləşçilərini məğlub etmişdir. Yuliya Ratkeviç (58 kq) də qızıl medala sahib olmuşdur. Qırğızıstan, İspaniya və ABŞ güləşçiləri üzərində üstünlük təmsilçimizi Paris “Qran-pri”sinin qalibi etmişdir.

Yığma komandanın digər üzvü Səbirə Əliyeva (75 kq) isə bürünc medal qazanmışdır.

Görüşlərin idarə edilməsində ölkəmizi Beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.