İDMAN


Sərbəst güləşçilər Çeçenistan Prezidentinin Kuboku uğrunda yarışacaq

Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-10-də Qroznıda Çeçenistan Prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin prizi uğrunda sərbəst güləş üzrə III beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandanın 6 üzvü iştirak edəcək. Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov, David Suynuçxanov (hər ikisi 66 kq), Kamran Yunusov (74 kq) və Sübhan İsmayılov (84 kq) yer almışlar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov ölkəmizi təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.