İDMAN


Qadın güləşçilərimiz İsveçdə Beynəlxalq turniri iki qızıl medalla başa vurmuşlar

Bakı, 2 mart (AZƏRTAC). Martın 2-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq Beynəlxalq turnirə yekun vurulmuşdur.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil etmişlər.

Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparmış Olimpiya mükafatçımız M.Stadnik ardıcıl olaraq ABŞ, Norveç və Bolqarıstan güləşçilərini məğlub edərək finala yüksəlmişdir. Həlledici görüşdə idmançımız daha bir ABŞ təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Digər güləşçimiz Y. Ratkeviç (60 kq) ilk görüşündə ABŞ güləşçisini üstələmişdir. Daha sonra Tunis və yarımfinalda İsveç təmsilçisi üzərində qazandığı qələbə güləşçimizi finala yüksəltmişdir. Qızıl medal uğrunda görüşdə Y.Ratkeviç kanadalı rəqibindən üstün olmuşdur.

Beləliklə, milli komandamız turniri iki qızıl medalla başa vurmuşdur.

Görüşlərin idarə edilməsində ölkəmizi Beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.