DÜNYA


“5G” modem nümunəsi təqdim edilib

Bakı, 24 yanvar, AZƏRTAC

“Huawei” şirkəti Pekində “Balong 5000” adlı ilk işlək “5G” modem nümunəsini təqdim edib. Mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsi yeniliyin əsas özəlliyidir.

AZƏRTAC “4pda.ru” saytına istinadən bildirir ki, sınaqlar zamanı “5G” modem nümunəsi aşağı tezlik diapazonunda (6 QHs-dək) 4,6 Qbit/s-lik, millimetrlik diapazonda isə 6,5 Qbit/s-lik qoşulma sürəti nümayiş etdirib.

İstehsalçıların məlumatına görə, “Balong 5000” adlı 5G modem “V2X” (vehicle-to-everything) texnologiyasını dəstəkləyir və sabit əlaqəni təmin etməklə avtomobillərin bort sistemlərinə quraşdırıla bilər. “Huawei” nümayəndələrinin sözlərinə görə, “5G” şəbəkəsinə qoşulma vaxtı modemin effektivliyi analoji LTE həllərlə müqayisədə 10 dəfə yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.