ELM VƏ TƏHSİL


61 nömrəli tam orta məktəbdə son zəng tədbiri: “Əlvida məktəb”

Bakı, 14 iyun, AZƏRTAC

Bakı şəhəri Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbdə “Əlvida məktəb” adlı son zəng tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Zenfira Şıxəliyeva Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan, məktəblərdə şagirdlərin müasir standartlara uyğun təhsil alması üçün yaradılan şəraitdən danışıb. O, məktəbin şagirdlərinin müxtəlif bilik, idman, yaradıcılıq yarışlarında uğurlu iştirakı haqqında da məlumat verib. Direktor məzunları təbrik edərək bildirib ki, bu il məktəbin XI sinfini 62, IX sinfini isə 59 nəfər bitirir. Məzunların əksəriyyətinin qəbul imtahanlarını müvəffəqiyyətlə verdiyini deyən Z.Şıxəliyeva digərlərinə də imtahanların ikinci turunda uğurlar arzulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb. O, məzunlara Azərbaycanın layiqli vətəndaşları olmağı, təhsillərini davam etdirməyi tövsiyə edib, onlara gələcək həyatlarında uğurlar diləyib.

Məzunların sinif rəhbərləri və ibtidai sinif müəllimləri də onları təbrik edib, layiqli vətəndaş, peşəkar mütəxəssis olmağı arzulayıblar. Məzunların valideynləri adından çıxış edənlər məktəb rəhbərliyinə və müəllim kollektivinə onlara çətin, lakin çox şərəfli işində uğurlar arzulayıb, övladlarının tərbiyəsi və təhsilinə verdikləri töhfəyə görə təşəkkürlərini bildiriblər.

Təhsildə, idmanda, yaradıcılıqda fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.

Məktəblə vidalaşan 3 məzun sinfinin şagirdləri müəllimləri və valideynləri qarşısında kiçik konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.