CƏMİYYƏT


65 qazi və şəhid ailəsi üzvü peşə hazırlığına cəlb edilib

Bakı, 27 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərindən ibarət daha 65 şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kurslar əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunub. Peşə hazırlığına cəlb olunan işsiz şəxslərə kurs keçdiyi dövrdə agentlik tərəfindən minimum əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir. Peşə kurslarını başa vuranların isə məşğulluğunun təmin olunması işləri aparılır.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti kimi şəhid ailələri və müharibə iştirakçılarından ibarət 13,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.